Bakıda 7700 vətəndaşa aid fərdi torpaqlar sənədləşdirilib
03 dekabr 2010 13:45 (UTC +04:00)

Bakıda 7700 vətəndaşa aid fərdi torpaqlar sənədləşdirilib

Bu ilin ötən dövrü ərzində Bakı şəhərində 7700 vətəndaşa aid torpaqların əvvəlki illərdə kompleks qaydada hazırlanmış sənədlərində son tamamlama işləri aparılıb. 1261 vətəndaşa aid olan torpaqların sənədləri isə fərdi qaydada hazırlanıb.

Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, bu sənədləşmə vətəndaşların qanuni istifadəsində – fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə aparılıb.

Komitə sədri deyib ki, təkcə bu il ərzində ölkə üzrə torpaqların alqı-satqısına dair 2600-ə yaxın hərrac və müsabiqə keçirilib. Ötən il isə komitənin təşkilatçılığı ilə keçirilən hərrac və müsabiqələrin sayı 1114 olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar