AMEA-nın Mərdəkan Dendrari parkında 1 ayı tapıldı
Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 25 noyabr - 2 dekabr 2010-cu il tarixlərində növbəti reyd keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reyd zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrari parkından 1 ayı müsadirə olunaraq götürülüb.
Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq faktla bağlı tədbirlər görülür.

1824