Azərbaycanlı həkimlər Türkiyədə işləyə biləcəklər
03 dekabr 2010 11:13 (UTC +04:00)

Azərbaycanlı həkimlər Türkiyədə işləyə biləcəklər

Lent.az-ın “CNN Turk” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Recep Akdağ məlumat verib.


Qanun layihəsinin parlamentdə qəbul edilməsi üçün müxalifətdən dəstək istəyən səhiyyə naziri bildirib ki, bu gün ölkədə hər 100 min nəfərə 153 həkim, Avropada isə şər 100 min nəfərə 330-340 həkim düşür.


Qeyd edək ki, 2007-ci ildə də Türkiyədə xarici ölkə vətəndaşı olan həkimlərin ölkədə işləməsinə icazə verən qanun layihəsi hazırlanıb. Lakin o dönəmdə Türkiyə prezidenti olan Əhməd Necdət Sezər müxalifətin etirazını haqlı sayıb və həkimlərin dil probleminə görə qanun layihəsinin qəbuluna veto qoyub.


Bu dəfə Səhiyyə Nazirliyi xarici ölkə vətəndaşı olan həkimlərin dillə bağlı problemini çözmək üçün yol tapıb. Qanun layihəsi Azərbaycan, İraq, Suriya, Sudan, Fələstin vətəndaşı olan və Türkiyə ali məktəblərində tibb təhsili almış həkimlərin bu ölkədə işləməsinə icazə verilməsini nəzərdə tutur: “Sözsüz ki, Türkiyənin qapısı hər gələnə açıq olmayacaq. Ancaq nə üçün azərbaycanlı, iraqlı, suriyalı, sudanlı fələstinli qardaşlarımız Türkiyədə həkim kimi fəaliyyət göstərə bilməsinlər? Təhsil səviyyəsi aşağı olan və türkcə bilməyən həkimlərin Türkiyəyə gəlməsi müzakirə mövzusu deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar