Bakıda Özbəkistanın Milli Sərgisi keçiriləcək
02 dekabr 2010 12:44 (UTC +04:00)

Bakıda Özbəkistanın Milli Sərgisi keçiriləcək

Dekabrın 5-dək davam edəcək sərgi "Bakı Expo Center" Sərgi Mərkəzində təşkil olunacaq. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sərgidə Özbəkistan iqtisadiyyatının müxtəlif sahələri üzrə mal və xidmətlər nümayiş etdiriləcək. Həmçinin, Özbəkistanın tarixi və mədəni irsini, turizm potensialını və xalq yaradıcılığını əks etdirən stendlərin təşkil edilməsi də nəzərdə tutulur.


Paytaxt sakinləri və Bakının qonaqları sərgi ilə dekabrın 3-də saat 12:00-dan 17:00-dək, dekabrın 4-5-də isə saat 10:00-dan 17:00-dək tanış ola bilərlər. Sərgi keçirildiyi müddətdə metronun Nərimanov stansiyasından "Bakı Expo Center" Sərgi Mərkəzinə (Suraxanı rayonu, Heydər Əliyev prospekti, Aeroport dairəsi) pulsuz avtobuslar təşkil olunacaq.


Xatırladaq ki, noyabrın 5-8-də Daşkənddə Azərbaycan Respublikasının ilk Milli Sərgisi keçirilmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar