Almaniyalı səfir Hidayət Orucovla görüşüb
01 dekabr 2010 15:39 (UTC +04:00)

Almaniyalı səfir Hidayət Orucovla görüşüb

Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı barədə qonağa məlumat vernilib. Hidayət Orucov deyib ki, ölkəmizdə bütün dinlərə və onların mənsublarına, o cümlədən lüteranların və katoliklərin də dini inanclarına hörmətlə yanaşılır, onların öz ayinlərini layiqincə icra etmələri üçün şərait yaradılır. Komitə sədri həmçinin Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş vermədiyini də səfirin diqqətinə çatdırıb.

Herbert Kvellen isə deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Həmçinin, ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur: “Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkədə çalışmaq xeyli xoşdur”.

Səfir dinlərarası dialoq mövzusuna həsr olunmuş konfrans və dünya dinləri liderlərinin sammitinə ev sahibliyi edən Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi də maraqlı ölkə olduğunu qeyd edib. Öz ölkəsində dövlət-din münasibətləri, dini qurumların fəaliyyəti barədə ümumi məqamlara toxunan diplomat bəzi müasir dini cərəyanlar haqqında mülahizələrini bölüşüb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar