51 qida zəhərlənməsi qeydə alınıb
Oktyabr ayı ərzində əhali arasında 51 qida zəhərlənməsi hadisəsi baş verib, 93 nəfər zərərçəkən olub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, oktyabrda 4 botulizm hadisəsi baş verib və bundan 10 nəfər zərər çəkib. Botulizm hadisələri məişət şəraitində hazırlanmış xiyar turşusunun qəbulu nəticəsində baş verib, 2 nəfər vəfat edib.
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin oktyabr ayı ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 912, mikrobioloji göstəricilərinə görə 738, toksikoloji göstəricilərinə görə 145, radioloji göstəricilərinə görə isə 26 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 16-da mikrobioloji göstəricilərinə görə normalardan kənaraçıxma halları müəyyən edilib.
Şadlıq evlərindən götürülmüş 3409 yaxma nümunəsinin 67-də, 176 soyuq qəlyanaltı nümunəsinin 2-də mikrobioloji çirklənmə aşkarlanıb. Yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 94 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib, 26 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 26 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20