Dünyada baş verən seysmik hadisələr Azərbaycan Milli Məlumat Mərkəzində müşahidə olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BMT-nin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi dünyadakı bütün milli məlumat mərkəzləri ilə təcrübə və məlumat mübadiləsi aparmaq imkanını genişləndirir.
Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, CTBTO institutun alimlərinə şəbəkədaxili məlumatlardan tam istifadə hüququnu verib və dünyada baş verən və CTBTO tərəfindən qeydə alınan seysmik hadisələr Azərbaycan Milli Məlumat Mərkəzində müşahidə olunacaq və digər mərkəzlərlə araşdırılaraq təhlil ediləcək.
Bu məsələ İspaniyanın paytaxtı Madriddə keçirilmiş “Şərqi Avropa ölkələrindəki Milli Məlumat Mərkəzlərinin texniki heyətləri üçün ətraflı təlim/potensialın gücləndirilməsi kursu (dalğaların texnologiyası üzrə)” adlı toplantıda müzakirə edilərək təsdiq olunub. Avropanın 12 ölkəsinin iştirak etdiyi tədbirdə respublikamızı CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və müdir müavini, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev təmsil ediblər. Madrid tədbirində CTBTO-nun Azərbaycanda stansiyasının təşkil edilməsi də müzakirə olunub və bu məsələ nəzərdə tutulub.
Fəxrəddin Qədirov hesab edir ki, CTBTO-nun dünya şəbəkəsi ilə bu cür əməkdaşlıq, o cümlədən təcrübə və məlumat mübadiləsi Azərbaycanda seysmologiya elminin inkişafına və nüvə sınaqlarının hərtərəfli qadağan olunması prosesində ölkəmizin daha uğurlu iştirakına xidmət edəcək.

Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03