Bir gün QİÇS-lə mübarizə
01 dekabr 2010 11:13 (UTC +04:00)

Bir gün QİÇS-lə mübarizə

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Lent.az-ın məlumatına görə, hazırda dünyada xəstəliyə yoluxanların sayı sürətlə artır. Son hesablamalara əsasən, hazırda dünyada 33 milyondan çox insan QİÇS-ə yoluxub.

Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bu yöndə aparılan araşdırmalar nəticəsində məlum olub ki, rəsmi rəqəmlərə görə, ölkədə artıq virus daşıyıcılarının sayı 1200-ü keçib. Təkcə 2007-ci il ərzində Azərbaycanda 300 nəfərdə QİÇS virusuna yoluxma faktı aşkar edilib.

Xatırladaq ki, gələn il QİÇS epidemiyasının başlanmasının 30 ili tamam olacaq. BMT baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciətində deyib ki, gələn ilki ildönümü beynəlxalq ictimaiyyəti düşünməyə və qətiyyəti artırmağa vadar edir. Onun sözlərinə görə, ötən üç onillik ərzində QİÇS görünməmiş məşəqqət və ölümlərə səbəb olub.

Ümumdünya QİÇS günü Azərbaycanda da qeyd olunur. Bu gün Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi QİÇS günü ilə əlaqədar aparılan hesabatı ictimaiyyətə açıqlayacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar