Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı təsdiqləndi
30 noyabr 2010 17:46 (UTC +04:00)

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı təsdiqləndi

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Tədbirlər Proqramında qeyd olunur ki, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan 13-ü regionlarda, 7-si Bakı şəhərində) 1500-dən çox xəstə dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə yanaşı, eyni zamanda dializ alan xəstələrin sayı hər il 21-25% artmaqdadır.

Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır və onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər:

Sıra №-si

Tədbirin adı

İcraçılar

İcra müddəti
(illər üzrə)

1

2

3

4

1.       Proqramın həyata keçirilməsində təşkilati tədbirlər

1.1.

Xroniki böyrək   çatışmazlığı olan  xəstələrin  vahid elektron registrinin və məlumat bazasının yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

2011-2012

2.       Böyrəklərin xroniki  xəstəliklərinin profilaktikası,  müalicəsi və reabilitasiyası

2.1.

Böyrəklərin xroniki patologiyası olan şəxslərin    vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən  dializ müalicəsi ilə təmin edilməsi   

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015  

2.2.

Böyrəklərin xroniki xəstəlikləri  zamanı müasir müalicə və diaqnostika üsullarının həyata keçirilməsi (böyrəklərin biopsiyası, punksiyası, periton dializi, innovasion dərman preparatlarının tətbiqi)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 2011-2015  

2.3.

Xroniki böyrək   çatışmazlığı olan  xəstə-lərin sayına uyğun olaraq,  hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.4.

Respublikada böyrəkköçürmə əməliyyatlarının aparılmasına hazırlıq işlərinin görülməsi və bu əməliyyatların həyata keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.5.

 Xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin  tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əhalinin Əmək  və Sosial Müdafiə Nazirliyi

mütəmadi

2.6.

Böyrəklərin xroniki xəstəliklərinin  diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3. Kadr hazırlığı

3.1.

Böyrəklərin xroniki xəstəliklərinin    profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3.2.

Böyrəklərin xroniki xəstəlikləri üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4. Böyrəklərin xroniki xəstəliklərinə   dair maarifləndirmə

4.1.

Böyrəklərin xroniki xəstəliklərinin  profilaktikasına dair populyar ədəbiyyatın,  bukletlərin, vərəqələrin, plakatların çap edilməsi 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4.2.

Kütləvi informasiya vasitələri ilə böyrəklərin xroniki xəstəliklərinin      profilaktikasına dair məlumatların verilməsi  

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

2011-2015


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733

Oxşar yazılar