SENSASİYA: Bakıda 7 aylıq körpənin qaraciyəri dəyişdirildi –
Azərbaycanın tibb tarixində sensasiya sayıla biləcək nadir hadisə baş verib. Noyabrın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında 7 aylıq körpənin - Hüseyn Əbülfəz oğlu Nağdəliyevin üzərində yaxın qohumu Cəfər Hüseynovun donorluğu ilə qaraciyər köçürülməsi əməliyyatı həyata keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, əməliyyat xəstəxanan insan orqan və toxumalarının transplantasiyası mərkəzində doktor Mircəlal Kazıminin rəhbərliyi altında aparılıb. Onun sözlərinə görə, bu, Rusiya və Ukraynadan sonra keçmiş SSRİ məkanında uğurla gerçəkləşdirilən ilk əməliyyatdır. Həmin transplantasiyanın başlıca özəlliyi kiçik yaş qrupuna daxil olması ilə yanaşı, həm də birbaşa canlıdan-canlıya köçürülməsindədir.
12 saatlıq əməliyyatdan sonra tibbi heyət sensasiya sayıla biləcək bu hadisənin təfərrüatları ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasındaca mətbuat konfransı keçiriblər. Köçürmə əməliyyatına rəhbərlik edən Mircəlal Kazımi, donor üzərində aparılan əməliyyata rəhbərlik edən doktor Eldar Əhmədov jurnalistlərin suallarını cavablandırıblar.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev bildirib ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən bu səhiyyə ocağının maddi-texniki bazası son illərdə əsaslı şəkildə yeniləşdirilib. Onun sözlərinə görə, burada ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb, yeni mərkəzlər və şöbələr yaradılıb. Xəstəxanada yenicə fəaliyyətə başlayan insan orqan və toxumalarının transplantasiyası mərkəzində icra olunan unikal və mürəkkəb əməliyyatlar isə ölkəmizin və bütövlükdə Qafqaz regionunun səhiyyə tarixinə yenilik kimi daxil olmaqdadır.
Xatırladaq ki, noyabrın 28-də icra olunan qaraciyər köçürülməsi son 2 ildə sayca 12-ci belə əməliyyatdır.
Elxan SALAHOV

1384