25 rayonun məzunlarının 30-50 faizi attestat ala bilməyib
Kənd yaşayış yerlərində orta məktəbi bitirən məzunlarının ali məktəblərə daxil olma əmsalı paytaxtın uyğun göstəricilərindən 4 dəfə, rayon mərkəzlərinin analoji göstəricilərindən isə 30 faiz aşağıdır.
Lent.az-ın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Azərbaycanda təhsil sisteminin mövcud durumu: problemlər və beynəlxalq təcrübə” mövzusunda apardığı hesabatın nəticələrinə dair keçirilən təqdimat mərasimində belə deyib. O qeyd edib ki, 2009-cu ildə ölkə üzrə bütün məzunların 61 faizi əyalətlərdəki orta məktəbləri bitirənlərdir. Ancaq onların ali məktəblərə qəbul olma göstəriciləri cəmi 34 faiz təşkil edib: “Əyalətlərin məzun sayı iri şəhərlərdən az qala 2 dəfə çoxdur. Ancaq iri şəhərlərdən ali məktəblərə daxil olan məzunların sayı regionların eyni göstəricilərindən 2 dəfə yüksəkdir. Öz növbəsində rayon mərkəzləri ilə müqayisədə kənd yerlərində orta təhsilin səviyyəsi daha pisdir”.
Rövşən Ağayev bildirib ki, ötən il Azərbaycanda mövcud olan 3285 orta ümumtəhsil məktəbinin 31 faizindən (hər 3 məktəbdən 1-i) yaxud 1016 orta məktəbdən bir məzun belə, orta məktəbə daxil ola bilməyib. Hətta bəzi rayonlarda fəaliyyətdə olan orta məktəblərin 60-65 faizinin bir məzunu da ali məktəblərə daxil olmayıb.
Attestat ala bilməyənlərin sayına gəlincə, bu sırada üstünlük ölkənin 25 rayonunun məktəblərinin payına düşür. Belə ki, 2009-cu ildə həmin siyahıya daxil olan 25 rayonun bütün məzunlarının 30-50 faizə qədəri attestat ala bilməyib. Heç bir məzunu ali məktəblərə daxil olmayan rayonlar arasında faiz nisbətinə görə ilk 3 yeri Daşkəsən (65,3 faiz), Ağsu (62,8 faiz) və Cəlilabad (57 faiz) tutur.
Elxan SALAHOV

1185