“2011-2015-ci illərdə yoluxucu xəstəliklərlə mübarizəyə dair Tədbirlər Proqramı” təsdiqləndi
30 noyabr 2010 14:10 (UTC +04:00)

“2011-2015-ci illərdə yoluxucu xəstəliklərlə mübarizəyə dair Tədbirlər Proqramı” təsdiqləndi

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanlara Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinin məlumatında qeyd olunur ki, 2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilib, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılıb. Aparılan tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi ilə bağlı 270 hadisə, məxmərək xəstəliyi ilə bağlı 137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə alınmayıb, göyöskürək xəstəliyi azaldılıb, tetanus, difteriya xəstəlikləri isə tək-tək hallarda qeydə alınıb. Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi və bu məlumatların geniş təhlili prosesi təkmilləşdirilmiş, nəzarətin gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq edilib.

Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı yaradılıb və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə “soyuq zəncir” avadanlığı alınaraq, onların elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilib. Vaksinlərin və digər peyvənd materiallarının “soyuq zəncir” sisteminin tələblərinə uyğun qaydada rayonlara daşınması təmin olunub. Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması üçün vaksin fondu yaradılıb.

Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər:

Sıra №-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti
(illər üzrə)

1

2

3

           4

 

1. Profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək  səviyyədə saxlanılması

1.1.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, vaksinlərin alınması üçün davamlı maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011-2015

1.2.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, özüməhvolan şprislərin, həlledici şprislərin və immunlaşdırma zamanı əmələ gələn tullantıların zərərsizləş-dirilməsi məqsədi ilə təhlükəsiz qutuların alınması üçün maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011-2015

1.3.

Elektron sağlamlıq kartlarından istifadə etməklə, peyvəndləmənin səviyyəsinin monitorinqinin daima təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

1.4.

Peyvəndləmə səviyyəsi qənaətbəxş olmayan ərazilərdə monitorinqin keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

tələb olunduqda

1.5.

Ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndləmənin səviyyəsi üzrə qiymətləndirici sorğunun aparılması 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2013

 

2. İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin
təmin edilməsi

2.1.

Respublika səviyyəsində anbarlarda immunobioloji preparatların saxlanılması üçün “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə sıradan çıxmış dondurucu avadanlıqların dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.2.

Respublika səviyyəsində anbar-larda temperatur rejiminin daima monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.3.

İmmunobioloji preparatların daşın-ması üçün  respublika səviyyə-sində əlavə  xüsusi avtonəqliyyat vasitəsilə təminat

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.4.

Yerli səviyyədə immunobioloji preparatların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhəri, Quba, Şəki, Sabirabad və Qazax rayonlarında soyuducu anbarların yenidən qurulması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2014

2.5.

Yerli  tibb məntəqələri səviyyə-sində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisələrində sıradan çıxmış “soyuq zəncir” sisteminin  avadanlıq-larının  dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.6.

İmmunobioloji preparatların keyfiyyətinin yoxlanılması üçün  Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin xüsusi laboratoriya avadanlığı ilə təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

2.7.

İmmunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3. Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi

3.1.

Yoluxucu xəstəliklər üzərində epidemioloji  nəzarətin təmin edilməsi üçün respublika səviyyəsində laboratoriya xidmətinin maddi-texniki təminatının gücləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

3.2.

Yerlərdə mütəxəssislər üçün epidemioloji və laboratoriya nəzarətinə aid təlimlərin keçiril-məsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2013

4. İmmunoprofilaktika sahəsində kadr hazırlığı

4.1.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)-in təcrübədə immunlaşdırma təlim kursuna aid metodiki tövsiyələrinin həkimlərin və orta tibb işçilərinin diplomdan sonrakı təlim proqramına  mərhələlərlə tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2014

5. Əhali arasında sosial səfərbərliyin aparılması

5.1.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin saytında immuno-profilaktika üzrə veb-resursun yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

5.2.

İmmunlaşdırmaya dair populyar ədəbiyyatın,  bukletlərin, vərəqələrin, plakatların çap edilməsi 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

5.3.

Kütləvi informasiya vasitələri ilə məqsədli qruplar arasında immunlaşdırma proqramının təbliğinə dair məlumatların verilməsi 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

mütəmadi


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar