Hava dumanlı və küləkli olacaq
30 noyabr 2010 10:37 (UTC +04:00)

Hava dumanlı və küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.


Havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, dekabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-10, gündüz 20-24, dağlarda gecə 5-7, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar