“Aran” İnsan Hüquqları Resurs Mərkəzi Şirvanda ekoloji mövzuda tədbir keçirib
Bu barədə Lent.az-a mərkəzin sədri Əlibəy Zeynalov məlumat verib. Onun bildirdiyinə görə, seminar-treninq “Ekoloji hüququn qorunması sahəsində təcrübə, bilik və bacarıqların ininkişafı" layihəsi çərçivəsində baş tutub. “Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun” "Hüquq müdafiə təşkilatlarının institusional inkişafı" proqramı çərçivəsində maliyyələşən layihə Şirvan şəhərinin içməli su problemi və Hacıqabul gölünün ekoloji durumuna həsr olunub. Belə ki, bu iki ekoloji problem ətrafında ekoloji hüquqların qorunması yönündə maarifləndirmə, bilik və bacarıqların artırılması məqsədi durur.
Mərkəz insan hüquqlarının, o cümlədən bu hüquqlar sırasında mühüm yer tutan ekoloji hüquqların müdafiəsi sahəsində imkanların inkişaf etdirilməsini zəruri hesab edilir.
Əsas ekoloji hüquqların, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin təbliğinin zəruriliyini də nəzərə alaraq, qlobal iqlim dəyişikliyinin insanların ekoloji hüquqlarının pozulmasına birbaşa təsir etdiyi qeyd olunur. Bu məqsədlə Mərkəz layihə çərçivəsində buklet və ekoloji plakatlar nəşr etdirib.

943