Almanlar Bakıda və Sumqayıtda danışıqlara başlayıb
Almaniyanın Lüdviqshafen şəhər nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Sumqayıtda olub. Çirklənmiş ərazilərin sağlamlaşdırılması və məişət tullantılarının idarəçiliyi sahəsində ixtisaslaşmış alman ekspertləri Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Akif Zeynalov qəbul edib.
Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, görüşdə şəhərlər arasında bu sahədə görülmüş işlər, həyata keçirilmiş layihələr və qarşıda duran məsələlər barədə müzakirə aparılıb. Akif Zeynalov Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən məişət tullantılarının toplanması, daşınması və poliqonda zərərsizləşdirilməsi istiqamətində işlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, Sumqayıtda Avropa təcrübəsi uğurla tətbiq edilir. Tullantıların təkrar emalı sahəsində Lüdviqshafen şəhərinin təcrübəsinin öyrənildiyini qeyd edən başçının müavini yaxın müddətdə Sumqayıtda da tullantıların emalı müəssisəsinin inşasının nəzərdə tutulduğunu söyləyib.
Lüdviqshafen şəhərinin tullantı təsərrüfatının rəhbəri K.Noyşvender iki qardaş şəhər arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini bildirərək Sumqayıtın ildən-ilə daha abad və təmiz olduğunu deyib. Onun sözlərinə görə rəhbərlik etdiyi nümayəndə heyəti 4 günlük səfər çərçivəsində Sumqayıtda və paytaxt Bakıda bir sıra dövlət qurumlarında və özəl müəssisələrdə danışıqlar aparacaqlar.
Xatırladaq ki, səfər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Yerli Özünüidarəetmə İnkişafına Dəstək Proqramı çərçivəsində baş tutub.
Elxan SALAHOV

1121