2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı təsdiqləndi
29 noyabr 2010 18:28 (UTC +04:00)

2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı təsdiqləndi

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şəkərli diabetin profilaktikasına ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan xərclərdən dəfələrlə azdır. 2011-2015-ci illəri əhatə edən bu Dövlət Proqramında profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər:

Sıra
№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti
(illər üzrə)

1

2

3

4

1.        Tədbirlər Proqramının həyata keçirilməsində təşkilati tədbirlər

1.1.

Şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2012

Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası

2.1.

Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.2.

Şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

2.3.

Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2012

2.4.

Şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.5.

Şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3. Kadr hazırlığı

3.1.

Şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3.2.

Şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3.3.

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

 

 

4. Şəkərli diabetlə mübarizəyə dair maarifləndirmə

4.1.

Şəkərli diabetin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4.2.

Kütləvi informasiya vasitələri ilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

2011-2015


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167

Oxşar yazılar