Sumqayıtda zəhərli polietilen torbalar istehsal edilir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Metallurq küçəsi, 1 ünvanında “Samuray” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı polietilen torbaların istehsalında qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan boyalardan istifadə edildiyi, polietilen torbaların üzərində təyinatına uyğun olaraq “Ərzaq malları üçün” və ya “Qeyri-ərzaq malları üçün” sözlərinin qeyd edilmədiyi müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müəssisənin anbarında polietilen torbaların istehsalında istifadə edilən saxlama müddəti ötmüş və qida məhsulları ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan 280 kq boya da aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, üzərində istifadə təyinatına uyğun lazımı məlumatların qeyd edilmədiyi 5 ton polietilen torbanın satışının dayandırılması, habelə saxlama müddəti ötmüş 280 kq boyanın polimer torbaların istehsalı üçün istifadəsinin qadağan olunması barədə “Samuray” firmasına icrası məcburi göstəriş verilmişdir.
Dövlət Xidməti istehlakçılara aldıqları ərzağın üzərində “Ərzaq malları üçün” sözləri qeyd olunmuş polietilen torbalara qoyulmasına diqqət yetirmələrini tövsiyə edir.

1015