AMEA ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb
29 noyabr 2010 16:13 (UTC +04:00)

AMEA ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) ilə AMEA arasında müqavilə imzalanıb.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əməkdaşlıq müqaviləsi ölkəmizdə mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir.

Müqaviləyə əsasən, bu layihələri Fransa tərəfi maliyyələşdirəcək. FMAM-də bağlanmış müqavilə Azərbaycanda elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə bağlı dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaq.

Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri zamanı bir çox sahələrlə yanaşı, AMEA ilə FMAM arasında əməkdaşlığa dair saziş imzalanıb. Həmin dövrdən etibarən AMEA ilə FMAM Azərbaycanda bir sıra layihələri müştərək şəkildə həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar