47 nəfərdən cəmi 4-ü test imtahanından uğurla çıxdı
29 noyabr 2010 12:40 (UTC +04:00)

47 nəfərdən cəmi 4-ü test imtahanından uğurla çıxdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Xatırladaq ki, Daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfərin, vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınmışdı. İmtahanların nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar