Bazar xəbərləri: Bölgənin ən bahalı yumurtası... - SİYAHI
0
0
Havaların soyuması ilə Bakının bazarlarında da xeyli dəyişikliklər yaranıb. Lent.az-ın məlumatına görə, indi ənənəvi ticarət mərkəzlərində, yəni “kolxoz bazar”larında daha çox mövsümi məhsullar təklif olunur. Qiymətlər isə nisbətən artıb.
İndi meyvə almaq istəyənlər yalnız almanı uyğun qiymətə ala bilər. Bir müddət bollaşan və təxminən kilosu 1 manata olan nar isə qıtlaşıb. Bu məhsulun kilosu üçün 2 manat tələb olunur. Mürəbbə bişirmək istəyənlər yeni mövsümü gözləsin. İndi yalnız heyva mürəbbəsi bişirməyin vaxtıdır, amma heyvanı da tapmaq mümkün deyil. Satıcılar deyir ki, bu il Azərbaycanda heyva yetişməyib. Bazarda az-az gözə dəyən bu meyvənin qiymət də ağılasığmaz həddədir – 2 manata.
Bütün bunların əvəzində sitrus meyvələri bollaşıb. Bazarlarda Lənkəran limonunu 20 qəpiyə, feyxoanın və naınginin kilosunu isə 1 manata almaq olar.
Tərəvəzlərin də qiyməti artıb. İndi pomidor 2 manata deyil, 3 manata satılır. Xiyar nisbətən ucuzdur.
Göyərti də bollaşıb. Əvvəllər 25-30 qəpiyə satılan “canlı dəstə”ni indi 20-15 qəpikdən almaq olar.
Bazarlarda payıza xas olan yerli göbələk də tapmaq olar. Göbələyin kilosu 3-4 manatadır. İndi təzə və diri balıq da boldur. Bazarlarda dəniz, göl, vətəgə, hətta Naxçıvan balığı da satılır. Qiymət isə müxtəlifdir. 1 kiloluq balıq almaq istəyən ən azı 5 manat ödəməlidir.
Gündəlik tələbat malları arasında ən çox satılan kartof və soğanın qiymətində ciddi dəyişiklik yoxdur. Satıcılar, deyir indi İran və Türkiyə əvəzinə, bazarlarda Rusiya kartofu artıb.
Soğan da köhnə qiymətə satılır – 70-80 qəpik.
Yeni il bayramının yaxınlaşması ilə qoz-fındığın da qiyməti yavaş-yavaş artır. Bu məhsullar bol olsa da, qiymətlər xeyli bahadır.
Ən çox bahalaşma isə toyuq və toyuq məhsullarında müşahidə olunur. Bazarda təmizlənmiş kənd çolpası 4 manata satılır. Yumurta isə dünyada ən baha Azərbaycanda satılır. Məsələn, Rusiyada 1 dollara 10, Türkiyədə isə 6 yumurta almaq olar. Azərbaycanda isə bu pula 3-4 yumurta da düşmür. Bazarlarda kənd yumurtası 30 qəpiyə, broyler məhsulu isə 18-20 qəpiyə təklif olunur.
Ətin qiymətində isə elə bir dəyişiklik yoxdur.
Ən son bazar qiymətləri:
Kartof (yerli) - 60-80 qəp
Soğan - 70-90 qəp
Pomidor - 3 man
Xiyar - 1,5-2 man
Göyərti 15 - 20 qəp
Alma (yerli) - 0,5 – 1,5 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Armud (yerli) - 1-2 man
Nar - 2 man
Mandarin - 1-2 man
Feyxoa - 1- 1,5 man
Üzüm (yerli) - 3-4 man
Qoz - 4-4,5 man
Qoz ləpəsi - 8 man
Fındıq - 2,5-3 man
Fındıq ləpəsi - 5-6 man
Şabalıd - 8-10 man
Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6-7 man
Ət (mal) - 5 man 40 qəp
Yumurta (kənd) - 30 qəp
Yumurta (broyler) - 18 -20 qəp
Nizam Rza