FHN-nin yubileyi ilə bağlı Gəncədə iki günlük regional müşavirə keçirilib
27 noyabr 2010 15:44 (UTC +04:00)

FHN-nin yubileyi ilə bağlı Gəncədə iki günlük regional müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 5 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) 23-24 noyabr 2010-cu il tarixlərində Gəncə şəhərində Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə birgə “Yanğın təhlükəsizliyi: Müəssisə və təşkilatların hüquq və vəzifələri” mövzusunda iki günlük regional seminar keçirib. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, respublikanın qərb bölgəsində fəaliyyət göstərən bir qrup sahibkarın iştirak etdiyi regional seminarda DYNX-nin əməkdaşları “Müəssisə və təşkilatlarda dövlət yanğın nəzarəti işinin təşkili” və “Müəssisə və təşkilatlarda yanğına qarşı təbliğat işinin təşkil olunması” mövzusunda mühazirələr oxuyub, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarların üzərinə düşən vəzifələr haqqında normativ hüquqi sənədlər əsasında ətraflı məlumat veriblər.

Regional seminar çərçivəsində keçirilən tədbirlər zamanı DYNX-nin əməkdaşları Gəncə şəhərində bir neçə müəssisədə yanğın-texniki müayinələr aparıb, sahibkarları dövlət yanğın nəzarəti işinin mühüm istiqamətlərindən olan yanğın-texniki müayinənin aparılması qaydası ilə tanış ediblər. Sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara yanğın zamanı zəruri hərəkətlər haqqında tövsiyələr verilib.

Bundan başqa, regional seminar zamanı Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Nümayəndəliyinin əməkdaşları dövlət yanğın nəzarəti işinin təşkil olunması ilə əlaqədar beynəlxalq təcrübə haqqında DYNX-nin əməkdaşlarını məlumatlandırıblar. Regional seminarda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi ilə əlaqədar sahibkarlar və DYNX-nin əməkdaşları arasında dialoq təşkil olunub, yanğın təhlükəsizliyinin tam təmin olunması üçün müvafiq qaydaların tələblərinə tam riayət olunmasının vacibliyi xüsusilə vurğulanıb.

Gəncə şəhərində keçirilən regional müşavirədə ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı FHN tərəfindən görülən işlərlə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrinin və sahibkarların verdiyi suallara ətraflı cavab verilib. Regional seminarda yanğına qarşı təbliğat işinin səmərəsini artırmaq məqsədilə DYNX-də hazırlanmış, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Nümayəndəliyi tərəfindən nəşr olunmuş “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı kitabçanın təqdimatı olub və onlar sahibkarlara paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar