Bayılda 3 mindən çox ağac əkildi
27 noyabr 2010 15:39 (UTC +04:00)

Bayılda 3 mindən çox ağac əkildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iməcilikdə Bayıl yamacı - 20-ci sahə arasındakı ərazinin 2 hektar sahəsində, ümumilikdə 3 mindən çox ağac və kol bitkisi (eldar şamı, tuya, üzüm ) əkilib.


Bu ərazinin suvarılması üçün artıq 6 çən quraşdırılıb, o cümlədən daha 4 çənin quraşdırılması nəzərdə tutulub. Ərazi qumsal sahə olduğundan burada suvarma həftədə 2 dəfə olmaqla həyata keçirilir.


Ümumiyyətlə, gələn yaz mövsümünün sonunadək Bayıl yamacının 60 hektar sahəsində 120 min ədəd müxtəlif cinslərdən olan ağac və kol bitkisinin əkilməsi nəzərdə tutulub. 2010-cu ilin yazından başlayaraq bu günədək isə ərazinin 15 hektar sahəsində 35 min ədəd ağac və kol bitkisi əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar