Hava küləkli olacaq
27 noyabr 2010 15:29 (UTC +04:00)

Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb, qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal olunur. Havanın temperaturu gecə 9-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu noyabrın 28-də gecə 6-9, gündüz 17-20, dağlarda gecə 3-8, gündüz 14-18, noyabrın 29-da isə gecə 6-9, gündüz 14-16, dağlarda gecə 3-7, gündüz 9-13 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar