(R) İçməli su: nəyi və necə içirik? - FOTO
26 noyabr 2010 12:05 (UTC +04:00)

(R) İçməli su: nəyi və necə içirik? - FOTO

Hər gün evdə, işdə içməli su kimi istifadə etdiyimiz suyun tərkibində hansı zərərli maddələrin, hətta tullantıların olduğunu bilirikmi? Azərbaycanda, xüsusən də paytaxt Bakıda heç kəs bu sualın qarşısında əminliklə “bəli” deyə bilmir. Elə ölkənin içməli su təchizatına nəzarət edən qurumlar da içdiyimiz suyun fiziki-kimyəvi və bakterioloji cəhətdən yararlı olduğunu tez-tez elan edir. Baxmayaraq ki, paytaxta verilən içməli suyun tərkibi ilə bağlı narahatlıqlar hər zaman aktualdır və əslində nəinki evdə, işdə içdiyimiz, hətta bazar-dükanlarda satışa çıxarılan mineral sular da insan orqanizmi üçün ciddi fəsadlara yol açır. Belədə əlac qalır əks osmos sistemli su filtrlərinə.

Lent.az-ın əməkdaşı əks osmos tipli sutəmizləyici qurğularının hansı üstünlüklərə malik olmasını öyrənmək üçün Bakıda həmin avadanlıqların satışı və quraşdırılması ilə məşğul olan şirkətlərdən birində - “Purepro” şirkətində olub. Şirkətin Badamdar şossesi-40 ünvanda yerləşən mağazasında həmin qurğuların işləmə mexanizmi ilə tanış olduqda bu filtrlərdən keçən su ilə təmizlənmədən içdiyimiz adi sular arasındakı nə qədər böyük fərqin olduğu açıqca görünür. Bu fərqlər təkcə suyun dadında deyil, fiziki görünüşündə də aydın seçilir.

Şirkətin rəhbəri Ramin Əhmədov adi su ilə filtrdən keçən suyun fərqini izah edərkən TDS ölçü cihazı vasitəsilə bunu əyani şəkildə göstərir. O, əvvəlcə ölçü cihazını stəkanda filtrdən keçmiş suya salır. Dərhal cihazın ortasında kiçik ekranda 24 rəqəmi görünür. Birbaşa su xəttindən gələn suda isə bu göstərici 342-yə qədər yüksəlir. Ramin bəy bunu Purepro əks osmos sistemli su filtrlərdən keçməyən suyun tərkibindəki zərərli maddələrin çox olması ilə əlaqələndirir. Onun sözlərinə görə, TDS-in ekranındakı göstərici 50 milliqrama qədər olduqda bu, o deməkdir ki, həmin su fiziki-kimyəvi və bakterioloji cəhətdən təmizdir və insan orqanizmi üçün zərərsizdir. Həmsöhbətimizin fikrincə, beynəlxalq standartlara əsasən, TDS ölçü cihazındakı göstərici 50-120 milliqram həddində olduqda suyun keyfiyyəti orta, 120-dən yuxarı olduqda isə tam yararsız hesab olunur.

Ramin Əhmədov Purepro əks osmos sistemli su filtrlərin istifadənin fərqlərini göstərmək üçün başqa bir təcrübəni nümayiş etdirir. Bu dəfə 4 barmaqcıqdan ibarət qurğunun (Elektroliz adlı) iki barmaqcığını stəkanda Purepro əks osmos sistemli su filtrlərdən keçmiş suya, digər ikisini isə birbaşa ana xətdən götürülən suya salır. Elektrik enerjisinə qoşulan qurğu işə düşdükdən təxminən 1 dəqiqə sonra fərq üzə çıxır: Filtrdən keçmiş su dəyişmir sadəcə bir balaca saralır (tərkibində yod qaldığı üçün), birbaşa xətdən götürülən su isə mazut gölməçələrinin üzərinə yığılmış qara rəngli neft təbəqəsini xatırladır.

Belə görünür, Purepro əks osmos sistemli filtrlər hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş suyu asanlıqla təmizləyə bilir. Sistem suyu bir neçə mərhələdə təmizləyir ki, bu zaman bütün zərərli maddələr mayenin tərkibindən çıxarılır. Bu mərhələlər ilkin 5 mikron təmizləmə filtri, aktiv kömür filtri, 1 mikron təmizləmə filtri, osmos membranlarından keçməklə kimyəvi və bioloji təmizləmə, ultrabənövşəyi sistemdən keçməklə zərərsizləşdirmə mərhələlərindən ibarətdir. Qurğuların komplektləşdirildiyi konteynerlərin daxilində xüsusi dizaynla qurulmuş kiçik su çəni isə istifadə zamanı təmizlənmiş suyun gur axını üçün nəzərdə tutulur. Bütün qurğularda suyun təmizlənmə prosesində yığılıb qalan lilin axıdılması üçün avtomatik atqı sistemi qurulur. Osmos membranlı qurğularda lilin xam su çənindən təmizlənməsi üçün xüsusi nasos da quraşdırılır.

Ən müasir texnologiyalara əsaslanan və yerli şəraitdə istismarı asan olan qurğuların qiyməti də sərfəlidir. Belə ki, 6 hissədən ibarət olan təmizləyici qurğuların mənzillərdə quraşdırılması üçün 450 manat kifayətdir. Üstəlik “Purepro” şirkəti qurğuların mənzillərə çatdırılması və quraşdırılmasını da öz üzərinə götürür. Həmçinin filtrlərin yenisi ilə əvəz olunmasına ehtiyac yarandıqda şirkət müştərilərinə texniki servis xidməti də göstərir.

Ramin bəy söyləyir ki, Purepro əks osmos sistemli filtrlər nəinki fərdi mənzilləri, hətta bütöv bir kəndi hətta şəhəri təmiz içməli su ilə təmin edə bilər. Onun sözlərinə görə, bu qurğular gün ərzində 100 litrdən tutmuş 4 milyon litrədək su təmizləmək gücünə malikdir: “Bizim çoxlu sayda müştərilərimiz var. Fərdi insanlar, iri şirkətlər bu qurğuları almaqla çirkli və zərərli mikroblarla zəngin sulardan birdəfəlik canlarını qurtarmaq istəyir. Biz təklif vermişik ki, Şahdağ Kompleksinin də təmiz su ilə təminatını Purepro əks osmos sistemli filtrlərlə günə 4 milyon litr su verək”.

Purepro əks osmos sistemli su filtrləri ilə yaxından tanış olduqdan sonra bu sistemin doğrudan da həyati əhəmiyyət daşıdığının şahidi olursan. Doğrudur, bu, bahalı sistemdir, ancaq ən keyfiyyətli qurğulardır. Təkcə TDS ölçü qurğusu vasitəsilə içdiyimiz suyun kimyəvi göstəricilərini ölçməklə bunun əyani şahidi ola bilərik.

Xatırladaq ki, Bakı şəhərində sakinlər mənzillərə verilən suyun da tərkibinin təmizliyinə tam əmin deyillər. Paytaxtda yaşayan əhalinin əksəriyyəti çiy su içməyə qorxurlar. Şəhər sakinlərinin bir qismi içməli sudan istifadə etməzdən öncə onu tənzif, pambıq və ya su daşından süzür. Ümumiyyətlə şəhər sakinlərinin 90 faizi mənzillərə verilən suyu qaynatmamış içmirlər. Ancaq Purepro əks osmos sistemli filtrlərindən keçən suyu tənzif, pambıq və ya su daşından süzdürməyə ehtiyac qalmır. Bu filtrlərdən keçən suyun təmizliyi o qədər əminlik yaradır ki, hətta suyu qaynatmadan belə istifadə etmək olar.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, çirkli və içməyə yararsız su dünyada hər on xəstəlikdən birinin və bütün ölüm hallarının 6 faizinin səbəbidir. İstifadəyə yararsız su dünyada 14 yaşınadək uşaqlar arasında xəstəlik hallarının 22 faizini təşkil edir. Keyfiyyətli su mənbələrinin olmaması üzündən hər il dünyada 1 milyon 600 mindən çox insan tələf olur ki, onların də əksəriyyəti 5 yaşınadək uşaqlardır. Təsadüfi deyil ki, keyfiyyəti və tərkibinə görə ən yaxşı içməli su mənbələrinin yerləşdiyi ərazilərdə yaşayanlar daha uzunömurlu olurlar. Elə bu səbəbdən də inkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti bu sistemdən istifadə edir.

Belədə əks osmos sistemli su filtrlərindən istifadə hamımız üçün olduqca vacibdir. Bu qurğuları mənzillərində, ofislərində quraşdırmaq arzusunda olanlar “Purepro” şirkətinə müraciyyət edə bilərlər. Şirkətin Badamdar şossesi-40 ünvanda yerləşən mağazasına müraciət edə bilər. Fərqi özünüz görəcəksiniz. Sistem haqqinda daha ətraflı www.purepro.az saytından əldə edə bilərsiz.

Çalışın, sağlam olun!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1681

Oxşar yazılar