Hava isti və dumanlı olacaq
26 noyabr 2010 09:43 (UTC +04:00)

Hava isti və dumanlı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 14-17, dağlarda gecə 4-8, gündüz 10-13 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar