İpoteka qanunvericiliyi təkmilləşəcək
25 noyabr 2010 17:44 (UTC +04:00)

İpoteka qanunvericiliyi təkmilləşəcək

Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycan hökumətinə “İpoteka haqqında” qanuna dəyişikliklər olunmasını təklif edir. Dəyişikliklər əmlaka tutma prosesini əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini nəzərdə tutur. Bu iş Korporasiya tərəfindən Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə aparılır.

Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisindən Lent.az-a bildiriblər ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair düzgün və effektiv qanunvericilik ipoteka bazarının inkişafı üçün çox vacibdir. Bu cür qanunvericilik bankların və borcalanların maraqları arasında tarazlığı təmin edə bildikdə effektiv olur. Tutma yönəldilməsi sisteminin təkmilləşdirilməsi mütləq ipoteka kreditlərinin şərtlərinin yaxşılaşmasında, bu cür kreditlərin həcminin artmasında və insanların yaşayış səviyyələrinin artmasında əksini tapacaq.

Korporasiya Bakıda maraqlı tərəflərlə qanunvericilikdə tələb olunan dəyişiklikləri və qabaqcıl beynəlxalq təcrübələri müzakirə etmək üçün bu mövzuya həsr olunmuş bir günlük seminar keçirib. Təşkilatın məsləhətçisi və tutma yönəldilməsi qanunvericiliyi üzrə eksperti Stefan Batler təqdimatla çıxış edərək bildirib ki, ən mükəmməl tutma yönəldilməsi qanunvericiliyinə malik olan ölkələr bir tərəfdən borcalanın defoltu zamanı bankın ipoteka predmetinin realizasiyası vasitəsilə öz itkilərini tez bir zamanda qaytarmasını, digər tərəfdən isə borcalanların öz evlərindən yalnız son zərurət halında evlərindən çıxarılmasını təmin edir.

Xatırladaq ki, İlkin İpoteka Bazarının İnkişafı Layihəsi 2005-ci ildə Azərbaycanda ilkin ipoteka bazarının inkişafını təşviq etmək məqsədilə fəaliyyətə başlayıb. Layihənin əsas komponentləri ipoteka kreditləşməsinə dair qanunvericiliyin və tənzimləyici mühitin təkmilləşdirilməsi, kreditləşmə üçün institusional imkanların yaradılması və ipoteka haqqında məlumatlılıq səviyyəsinin artırılmasıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar