CERP-in iclası keçirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, noyabrın 24-də başlayan və noyabrın 26-dək davam edəcək iclasda qurumun cari məsələləri müzakirə olunacaq.
Tədbirdə Komitəyə üzv-ölkələrin, Ümumdünya Poçt İttifaqının, Avropa Komissiyasının nümayəndələri və poçt sahəsinin ekspertləri iştirak edirlər. Azərbaycanı iclasda “Azərpoçt” MMC-nin əməkdaşı Fərid Hüseynov təmsil edir. “Azərpoçt” nümayəndəsinin respublikanın poçt sahəsindəki vəziyyət haqqında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın 2001-ci ildən üzvü olduğu CERP Poçt və Rabitə Administrasiyaları Avropa Konfransının (CEPT) üç komitəsindən biridir.

627