Gənclər qadınlara qarşı zorakılığa 16 gün “yox!” deyəcək
25 noyabr 2010 15:44 (UTC +04:00)

Gənclər qadınlara qarşı zorakılığa 16 gün “yox!” deyəcək

Təşkilatdan Lent.az-a verilən məlumata görə, aksiyanın əsas məqsədi ölkəmizin rayon və kəndlərində, eləcə də şəhərlərində gender əsaslı zorakılığın azalmasına, qadın hüquqlarının pozulmasının qarşısının alınmasına və qadınların qərar qəbuletmə prosesində fəal iştirak etməsini təşviq etməkdir.

16 gün davam edəcək aksiya çərçivəsində Mərkəz ölkəmizin 12 rayonunda müxtəlif maarifləndirici görüşlər və seminar təşkil edəcək, maarifləndirici səhnələr nümayiş etdirəcək və zəruri materiallar hazırlayıb əhali arasında paylayacaq.

Aksiya çərçivəsində həmçinin BMT Əhali Fondu tərəfindən hazırlanmış filmlər də nümayiş etdiriləcək.

Aksiyanın yekunu olaraq 10 dekabr 2010-cu il tarixdə həvəskar gənclərin hazırlayacağı video-roliklərin təqdimatı və mükafatlandırılması mərasimi də keçiriləcək.

Qeyd edək ki, aksiyanın keçirilməsində Mərkəzin Gəncə, Sumqayıt, Mingəçevir və Füzulidə fəaliyyət göstərən ofisləri yaxından iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar