Hava yağmursuz olacaq
25 noyabr 2010 12:43 (UTC +04:00)

Hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimal olunur.


Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 18-20, dağlarda gecə 4-8, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar