Rusiyaya gedən sərnişin qatarlarında gedişhaqqı ucuzlaşacaq
Gələn il yanvarın 1-dən Şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişin qatarlarında plaskart vaqonlarda 2 əmsalı, kupe və SV vaqonlarda isə baza əmsalı tətbiq ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, bu istiqamətdə hərəkət edən beynəlxalq sərnişin qatarlarında gediş haqqı tarifləri 13-20 manat aşağı salınacaq. Onun sözlərinə görə, plaskartaya yeni əmsalın tətbiqi ilə bağlı yeni gediş haqqı cədvəli tərtib ediləcək və sərnişinlərə mütəmadi olaraq məlumat veriləcək.
Nadir Əzməmmədov deyib ki, “Beynəlxalq sərnişin daşıma tarifləri haqqında” Sazişin 5-ci maddəsinin 6-cı bəndinə əsasən, “Azərbaycan Dəmir Yolları” öz ərazilərində sərnişin daşıma, baqaj və yük baqajı daşınması tariflərinə, həmçinin digər dövlətlərinin ərazilərində öz vaqonlarına plaskartanın dəyəri üçün istənilən əmsalı tətbiq etmək səlahiyyətinə malikdir.
Elxan SALAHOV

579