7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilib
24 noyabr 2010 19:23 (UTC +04:00)

7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilib

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və İctimai Komitənin üzvləri Səidə Qocamanlı, Zəlhə Tahirova, Elmira Ələkbərova, Nazir Quliyev, Şahin Camalov, Elmar Məmişov və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov 7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər.

Əliməmməd Nuriyev Lent.az-a açıqlamasında deyib ki, monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib.

Məhkumların fərdi qəbulu da həyata keçirilib, 22 məhkuma hüquqi məsləhət verilib. Əliməmməd Nuriyev bildirib ki, ötən baxış-monitorinqdən sonra məhkumların saxlanma şəraitində müsbət dəyişikliklər baş verib, yataqxanaların vəziyyəti yaxşılaşıb, səhiyyə xidmətindən istifadə imkanları daha da genişlənib, məhkumların lazımi dərmanlarla təminatında irəliləyişlər müşahidə olunub. Eyni zamanda qida rasionunun çeşidi artıb, məhkumların vicdan azadlığının təmin olunması və informasiyaya çıxışı ilə bağlı müsbət irəliləyişlər qeydə alınıb.

Bununla belə, Əliməmməd Nuriyev monitorinq zamanı bəzi problemlərin də aşkarlandığını söyləyib: “Məsələn, 7 saylı cəzaçəkmə müəssisəsi uzun illər əvvəl tikilib və müasir tələblərə cavab vermir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar