Bərk zibillərin idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır
24 noyabr 2010 15:27 (UTC +04:00)

Bərk zibillərin idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində strateji və sektorun yenidənqurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin “Ekodenge” şirkəti ilə müqavilə imzalanıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu xidmətlərə əsasən “Ekodenge” şirkətinin beynəlxalq mütəxəssisləri tərəfindən 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanacaq.


Bundan başqa, “Ekodenge” şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.


Noyabrın 24-də Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat seminarı keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, “Təmiz Şəhər” ASC, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələri, eləcə də beynəlxalq təşkilatlar və bu layihədə iştirak edən şirkətlər, QHT nümayəndələri və mütəxəssislər iştirak ediblər. Seminarda “Ekodenge” şirkətinin mütəxəssisləri tərəfindən bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması metodologiyası təqdim olunub, institusional struktur, tullantıların toplanması və utilizasiyası, tullantıların emalı və yerləşdirilməsi, eləcə də ictimai maarifləndirmə mövzularında fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 20 may 2009-cu il tarixdə Kredit Sazişi imzalanıb. Layihənin icraçısı İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə İdarəetmə Qrupudur. Layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar

Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

1 may 2025 , 08:28
Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

1 may 2025 , 08:08
Səssiz haray  – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

Səssiz haray – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

1 may 2025 , 05:15
Bu gün birinci siniflərə qəbul başlayır

Bu gün birinci siniflərə qəbul başlayır

1 may 2025 , 00:01
Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

30 aprel 2025 , 22:56