Ədliyyə Nazirliyi hərəkətə keçdi
24 noyabr 2010 12:28 (UTC +04:00)

Ədliyyə Nazirliyi hərəkətə keçdi

Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə iclas keçirilib. Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə nazirliyin və Penitensiar Xidmətin rəhbər heyəti, hakimlər, Məhkəmə-Hüquq Şurasının üzvləri və Baş Prokurorluğun rəhbər işçiləri iştirak ediblər.


Müşavirədə islah prosesinin səmərəsində vacib əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqində ciddi nöqsanlar, o cümlədən sənədləşdirmədə qüsurlar, süründürməçilik halları, bəzən proseslərin formal keçirilməsi, əsaslandırılmamış qərarların qəbul olunması kimi pozuntular, onları doğuran səbəblər ətraflı və prinsipial müzakirə olunub.


Qeyd edilib ki, respublika Ali Məhkəməsi tərəfindən bu sahədə məhkəmə təcrübəsi ümumiləşdirilərək ötən ay Plenum iclasında müzakirə olunub və qanun pozuntularına yol verilmiş hakimlər barədə intizam icraatının başlanılması üçün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilib.


İclasda bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyi qeyd edilərək konkret vəzifələr müəyyən olunub. O cümlədən beynəlxalq təcrübə öyrənilməklə müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın və obyektivliyin gücləndirilməsi üzrə işin əlaqələndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar