Sabah hava dumanlı və küləkli olacaq
24 noyabr 2010 10:33 (UTC +04:00)

Sabah hava dumanlı və küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.


Havanın temperaturu gecə 9-11, gündüz 16-19 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında duman, bəzi yerlərdə çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar