Hava dumanlı və çiskinli olacaq
23 noyabr 2010 16:17 (UTC +04:00)

Hava dumanlı və çiskinli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.


Havanın temperaturu gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, noyabrın 24-də hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında duman, bəzi yerlərdə çiskin olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, gündüz bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar