Bakı məktəblərində reydlər başlayıb
23 noyabr 2010 10:56 (UTC +04:00)

Bakı məktəblərində reydlər başlayıb

Reydlərdə şagirdlərin davamiyyəti və məktəbli formalarından istifadənin vəziyyəti yoxlanılır. Lent.az-ın reydlərdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, İdarəsində toplaşmış monitorinq qrupu artıq məktəblərə yollanıb. Bir neçə qrupa bölünən nümayəndələr məktəblərdə reydlər keçirəcəklər.

Qruplarda həm idarənin üzvləri, təhsil işçiləri, jurnalistlər və Müəllim-Valideyn Assosiasiyasının nümayəndələri yer alıb.

Monitorinq bir həftə müddətində davam edəcək və Bakının bütün rayonlarını əhatə edəcək. Bu zaman Təhsil İdarəsinin tələblərini yerinə yetirməyən məktəb və şagirdlər haqqında ölçü götürüləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar