5 ildə kompüterdən istifadə göstəricisi cəmi 5 faiz artıb
22 noyabr 2010 17:39 (UTC +04:00)

5 ildə kompüterdən istifadə göstəricisi cəmi 5 faiz artıb

“Son beş ildə əhali arasında kompüterdən istifadə göstəricisi təxminən 5 faiz artıb. Amma bu, bizi qane etmir”.

Lent.az-ın məlumatına görə, “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə belə deyib. O qeyd edib ki, 2007-ci ilədək Azərbaycanda kompüterdən istifadən edənlərin artım tempi daha yüksək olub və bu göstəriciyə görə ölkəmiz regionda liderliyi ələ alıb. Lakin son 5 ildə bu tempi xeyli zəifləyib.

Bununla belə, Elmir Vəlizadə bildirib ki, hazırda Azərbaycanda informasiya texnologiyaları üzrə 30 faizlik artım müşahidə edilir və bu, dünya üzrə göstəricilərdən xeyli üstündür. Onun sözlərinə görə, hazırda Azərbaycanda hər 100 nəfərdən 95-i mobil telefon, 45-i internet, 12-si geniş zolaqlı rabitə xidmətinin istifadəçisidir.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar