Ermənilər İnciçay çayını zəhərləyiblər
22 noyabr 2010 16:24 (UTC +04:00)

Ermənilər İnciçay çayını zəhərləyiblər

Ermənilərin həyata keçirdiyi ekoloji terrorda işğal altında olan ərazilərdən keçən çaylardan da fəal istifadə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti ekoloji terror aktı Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçay çayı olub.

Noyabrın 19-da çayda kəskin çirklənmə müşahidə edilib. Tapqaraqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi istifadə edilən İnciçay çayında gündüz saat 14-15 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib.

Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılıb və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb.

Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçay çayının suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçib, suyun oksigen rejimi xeyli pozulub. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub. Hazırda su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar