10 ildən sonra hər şagirdin kompüteri olacaq
22 noyabr 2010 16:12 (UTC +04:00)

10 ildən sonra hər şagirdin kompüteri olacaq

2005-ci ildə Azərbaycanda təhsil alan hər 1042 şagirdə 1 kompüter düşürdü. İndi isə hər 29 şagirdin 1 kompüteri var.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə əhatə əmsalı barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O qeyd edib ki, indiyədək Azərbaycanda İKT-nin təhsildə tətbiqi barədə 2 Dövlət Proqramı həyata keçirilib. Bu proqramlardan birincisi iki il ərzində 2007-ci ilədək reallaşdırılıb. 2008-ci ildən isə ölkə başçısının təsdiq etdiyi ikinci Dövlət Proqramı icra olunmaqdadır.

Misir Mərdanov deyib ki, Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər bu templə davam edərsə, 10 ildən sonra Təhsil Nazirliyi Azərbaycanda hər şagirdin kompüterlə təminatına nail ola biləcək. Onun sözlərinə görə, təhsildə İKT-dan istifadə imkanları sürətlə genişlənir: “Biz artıq məktəb müəllimlərinin işə qəbulunu da İKT sistemindən istifadə etməklə aparırıq. Gələcəkdə məktəb direktorlarının və digər əməkdaşların da işə qəbulu zamanı bu texnologiyadan istifadə ediləcək”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar