“AzNar” 10 köçkün ailəsinə yardım etdi
0
0
Bu günlərdə “AzNar” QSC tərəfindən Kəlbəcər rayonunun işğalı nəticəsində köçkün düşərək müvəqqəti olaraq İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində məskunlaşmış 37 (otuz yeddi) nəfər ailə üzvündən ibarət olan 10 (on) məcburi köçkün ailəsinə yaşayış şəraitinin yaxşılaşdırılması və həyətyanı təsərrüfatlarının təşkil edilməsi məqsədi ilə 180 (yüz səksən) min manat həcmində pul vəsaiti ayrılıb. Həmin vəsait bu ailələrə kompensasiya və yardım olaraq ödənilib.
0
0