Neftçilərin şənbə iməciliyi - FOTO
20 noyabr 2010 16:01 (UTC +04:00)

Neftçilərin şənbə iməciliyi - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neftlə çirklənmiş torpaqların təmizlənməsi, həmin ərazilərdə yaşıllıq zolaqlarının salınması məqsədilə bu gün Bibiheybətdə iməcilik keçirib.

ARDNŞ-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aksiyada şirkətin baş ofisinin, “Azneft” İstehsalat Birliyi aparatının, Sərmayələr İdarəsinin, həmçinin “Bibiheybət” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 300-ə yaxın əməkdaşı iştirak edib. Onlar “Bibiheybət” NQÇİ-nin ərazisində 2000-dən çox ağac əkib və abadlaşdırma aparıblar. Şirkətin Ekologiya İdarəsinin 50 nəfər əməkçisi isə Bibiheybət Ekoloji Ölçmə Məntəqəsinin yaxınlığında aparılmış yaşıllaşdırma işləri çərçivəsində 150-yə yaxın ağac əkiblər.

ARDNŞ-də bildirirlər ki, indiyədək Bibiheybət mədən ərazisində 72 min ağac və gül kolu əkilib. Bunlar əsasən, zeytun və Abşeron iqliminə uyğunlaşa bilən başqa növ ağaclardır. Hazırda neftçilər Bibiheybətdə 47 minə yaxın ağaca qulluq göstərir, bitməyən ağaclar yeniləri ilə dəyişdirilir.

Bu gün ARDNŞ-nin Qaz Emalı Zavodunun 200 əməkçisi də Salyan şosesi boyunca zavod ərazisində 1600 ədəd Eldar şamı əkib, ərazidə təmizlik və abadlıq işləri aparıblar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar