(R) “Aznar”dan uğurlu təqdimat - FOTO
20 noyabr 2010 14:56 (UTC +04:00)

(R) “Aznar”dan uğurlu təqdimat - FOTO

Bu günlərdə Göyçayda artıq ənənəyə çevrilmiş unikal tədbirlərdən növbəti biri - sayca 5-ci “Nar bayramı” festivalı keçirilib. Rayon icra hakimiyyətinin və “Aznar” şirkətinin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm tədbirdə Göyçayın zəngin tarixə və qədim ənənələrə malik olan narçılıq təsərrüfatının məhsulları nümayiş etdirilib.

Göyçayın bütün kəndlərindən olan bağbanlar bu bayrama öz məhsulları ilə qatılıblar. Noyabrın 12-də saat 12-də başlayan bayram mərasiminə milli folklor nümunələrinin təqdimatı ilə start verilib. Müxtəlif xalq oyunlarından ibarət kompozisiyalar nümayiş olunub, kəndirbazlar, pəhləvanlar, illüziyaçılar öz bacarıqlarını göstəriblər, yerli idmançılar nümunəvi çıxışlar ediblər.

Daha sonra narla bağlı müxtəlif yarış və müsabiqələr keçirilib. Nar sıxmaq üzrə ən bacarıqlı şəxslər müəyyənləşdirilib. Tədbirdə ən böyük və ən balaca ölçülü narlar nümayiş olunub. Sonda ən böyük narı yetişdirmiş şəxslərin müsabiqəsində qalib gələnlərə mükafatlar verilib. Birinci yeri tutan bağban 1000 manat, ikinci yerin qalibi 500 manat, üçüncü yeri qazanan bağban isə 300 manat məbləğində mükafat alıblar. Mükafatı qaliblərə Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov “Aznar” şirkətinin adından şəxsən özü təqdim edib.

Bundan sonra milli adət-ənənələrimizi tərənnüm edən elementlərlə zəngin olan tədbir yenə folklor nümunələrinin təqdimatı ilə davam etdirilib. Nardan müxtəlif çeşiddə şirələr və narşərab hazırlanıb. Ağbirçək nənələr yuxa bişirib, plov bişirib, milli süfrə açılıb.
Sonra tədbirin ikinci, bədii hissəsi keçirilib, böyük konsert proqramı olub. Konsertdə tanınmış incəsənət xadimlərindən Ağadadaş Ağayev, Mələkxanım Əyyubova, Aşıq Samirə, Röya, Aygün Kazımova, Namiq Qaraçuxurlu, “Natiq” ritm qrupu və digərləri iştirak ediblər. Tədbir çərçivəsində “İrəli” gənclər təşkilatı tərəfindən “Bir dünya, min millət” adlı aksiya da keçirilib. Bu aksiyada Azərbaycan başda olmaqla dünyanın 6 ölkəsindən (ABŞ, Rumıniya, Gürcüstan, Rusiya, Türkiyə, Belçika) olan gənclər iştirak ediblər.

Millət vəkilləri, Fərhad Əhmədov tərəfindən dəvət olunmuş xarici qonaqlar, Rusiyanın ölkəmizdəki indiki və keçmiş səfirləri, Belarus səfiri, Türkiyə səfirliyinin nümayəndələri bu tədbirdə Azərbaycan narının şöhrəti ilə yerindəcə tanış olublar.

Bütövlükdə isə Azərbaycan narçılıq ənənələrinin yaşadılmasında və təbliğində müstəsna rolu olan “Aznar” şirkətinin və şəxsən Fərhad Əhmədovun böyük maliyyə dəstəyi ilə baş tutmuş bayram tədbiri Azərbaycan torpağının bu unikal nemətinin dünyaya tanıdılmasında və təbliğ olunmasında növbəti uğurlu addıma çevrildi. Onu da qeyd edək ki, Göyçayda keçirilən və sorağı xeyli ölkəyə yayılan builki nar bayramının baş sponsoru “Aznar” şirkəti idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar