“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Çağırış Kuboku keçirildi
20 noyabr 2010 13:19 (UTC +04:00)

“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Çağırış Kuboku keçirildi

“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Çağırış Kuboku bu gün 27 komandanın iştirakı ilə Bakı Biznes Mərkəzində baş tutub. Turnirdə Bakı, Sumqayıt və Lənkəran şəhərlərinin komandaları iştirak ediblər.

Ənənəvi olaraq artıq 4 ildir ki, keçirilən Çağırış Kubokunun bu ilki qalibi “X” komandası olub. Turnirdə II yeri “Y”, III yeri isə “Z” komandası qazandı. Qaliblər kubok, priz və diplomlarla mükafatlandırıldılar.

Azərbaycan dilində intellektual oyunların keçirilməsi üzrə ilk ixtisaslaşmış təşkilat olan Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mənim Klubum” layihəsi çərçivəsində isə bu ilin yanvar ayından ali təhsil müəssisələrində 3 intellektual oyunlar klubu yaradılıb, müxtəlif turnir və seminarlar təşkil olunub. Layihənin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar