Livanlı tələbələr Bakıda təhsil almaq istəyir
20 noyabr 2010 11:21 (UTC +04:00)

Livanlı tələbələr Bakıda təhsil almaq istəyir

Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah Bakıya səfəri çərçivəsində təhsil naziri Misir Mərdanovla görüşüb. Görüşdə Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub da iştirak edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Livan arasında təhsil sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Livanlı nazir ölkəsinin təhsil sahəsində də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib. O, Livanın təhsil sistemi, ali məktəblərdə tələbə mübadiləsinin məsələsindən danışarkən bu istiqamətdə əməkdaşlığa ehtiyac duyduqlarını deyib.

Təhsil naziri Misir Mərdanov isə Azərbaycanın ali məktəblərində Livan vətəndaşlarının keçmiş sovetlər dövründə də təhsil aldıqlarını xatırladıb və bildirib ki, indi respublikamızda bu imkanlar bir qədər də genişlənib. Ancaq Misir Mərdanov deyib ki, əvvəlcə hər iki ölkənin hökumətləri arasında müvafiq razılıq əldə olunmalıdır. O həmçinin ali məktəblərin qarşılıqlı əlaqələri və tanışlıq xarakterli səfərlərin təşkili barədə də fikirlərini qonağın diqqətinə çatdırıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar