QHT rəhbərləri 14-cü Beynəlxalq Anti-Korrupsiya Konfransında iştirak ediblər - FOTO
Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və Samir Əlibəyov Tailandın paytaxtı Banqkokda keçirilən 14-cü Beynəlxalq Anti-Korrupsiya Konfransında iştirak ediblər.
Şəbəkədən Lent.az-a verilən məlumata görə, konfrans anti-korrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir.
İki ildən bir keçirilən bu konfransda 135-dən çox ölkədən 1200-ə qədər nümayəndə bir araya gəlib. Tailand şahzadəsi Saomsavalinin açılış nitqi söylədiyi konfransda Dünya Bankının icraçı direktoru, Asiya İnkişaf Bankının prezidenti, “Amnesty İnternational” təşkilatının baş katibi, OECD-nin baş katibi və digər tanınmış şəxslər məruzələrlə çıxış ediblər.
Konfransda qlobal şəffaflığa nail olunması üçün 5 istiqamətdə - sülh və təhlükəsizlik, təbii resurslar və enerji bazarı, iqlim idarə edilməsi, korporativ sahədə hesabatlılıq və institutlarda etimadın bərpası ilə bağlı müzakirə aparılıb. 50- dən çox sessiyalarda dövlət və özəl sektorda korrupsiyaya qarşı fəaliyyət göstərilməsi üçün təzyiqin artırılması yolları araşdırılıb. Müzakirələrin sonunda konfransın yekun bəyannaməsi qəbul edilib. Beynəlxalq Anti-Korrupsiya Konfransının Şurası bu qənaətə gəlib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu kifayət qədər qiymətləndirilmir.
Şura BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının hələ də bir çox ölkələr tərəfindən ratifikasiya edilməməsinin təəssüf doğuran hal olduğunu da vurğulayıb. Bu Konvensiya 2005-ci ildə qəbul edilib və cinayətkarlıq və korrupsiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlıq, habelə çirkli pulların yuyulmasını nəzərdə tutur. Beynəlxalq Anti-Korrupsiya Konfransının Şurası iştirakçı dövlətlərə korrupsiyanın bütün formalarının qarşısını almaq üçün siyasi iradənin gücləndirilməsi və iqtisadiyyatın özəl sektorunda şəffaflığın artırılmasına nail olunması istiqamətində fəaliyyət göstərilməsini tövsiyə edib.

810