Daşkəsəndə ət emalı müəssisəsi açıldı
Daşkəsəndə əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına inşa olunmuş ət emalı müəssisəsi bu gündən fəaliyyətə başlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Elba” MMC-yə məxsus müəssisə Almaniyanın “Banth”, “Bither” və “Seracold” şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz olunub. İstehsal edilən məhsulların saxlanılması məqsədilə müəssisənin yaxınlığında tikilmiş tutumu 1000 ton olan soyuducu anbar kompleksi də istifadəyə verilib.
Ət emalı müəssisəsində bir iş növbəsi ərzində 65-70 baş iribuynuzlu, yaxud 150 baş xırdabuynuzlu heyvanların kəsilməsi, soyulması, təmizlənməsi, hissələrə ayrılması və emal bölməsinə daşınması, sifarişdən asılı olaraq, ət məhsullarının müxtəlif ölçülərdə və çeşidlərdə qablaşdırılması, saxlamaya göndərilməsi və digər proseslər tam avtomatlaşdırılıb. Nazirlikdə bildirirlər ki, müəssisə Daşkəsən və ətraf rayonlarda heyvandarlıqla məşğul olan təsərrüfatların inkişafını stimullaşdırmaqla yanaşı, əhalinin yüksək keyfiyyətli, sanitar-gigiyenik tələblərə cavab verən, ekoloji cəhətdən təmiz ət məhsulları ilə təminatına şərait yaradacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Xankəndidə Zəfər Tağı olacaq-FOTO
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40