İqtisadi İnkişaf Nazirliyi: Ətin qiyməti artmayıb
Qurban Bayramı ilə əlaqədar ətin qiymətində artım qeydə alınmayıb. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Bayramı ilə əlaqədar əhalinin ətə tələbatının artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla, gündəlik monitorinqlər keçirib.
Paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılmış monitorinqlər zamanı ətin qiymətində artım qeydə alınmayıb. Aparılan monitorinqlər zamanı iki ət satışı obyektində quzu ətinin qiymətinin 50 qəpik ucuzlaşması da müşahidə edilib.

863