Zəvvarlarımız Mina dağında şeytana daş atıblar
16 noyabr 2010 14:22 (UTC +04:00)

Zəvvarlarımız Mina dağında şeytana daş atıblar

APA-nın “Cihan” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, “böyük şeytan”a 7 daş atan zəvvarlarımız daha sonra dincəlmək üçün çadırlara gedib.
Azərbaycanlı zəvvarlar “Cihan”ın müxbiri ilə söhbətlərində onları səfərə gətirən sürücülərin türk olduğunu, yolu çox rahat şəkildə gəldiklərini vurğulayıblar.
“Burada türklərdən başqa kimsədən xeyir görmədik. Türklərdən isə hər məsələdə qardaş kimi xeyir gördük. “Bir millət, iki dövlət” deyimini burada da his etdik. Azərbaycanlı və türk qardaşlarımızın ailələrinə salam göndəririk” – deyə, azərbaycanlı zəvvarlar bildirib.
Qeyd edək ki, azərbaycanlı zəvvarlar dan Həcc ziyarətinə ümumilikdə 46 avtobusdan ibarət iki avtobus karvanı və 4 təyyarə reysi ilə yola düşüblər. Bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub. Ümumilikdə, təşkilati məsələlər nəzarət edən şəxslər, həkim briqadası, sürücülər və müşayiət edənlərlə birlikdə Azərbaycandan bu il Səudiyyə Ərəbistanına 2300 nəfərdən ibarət missiya yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar