DAK Gənclər Təşkilatı II Fəxri Xiyabana yürüş etdi - FOTO
16 noyabr 2010 11:31 (UTC +04:00)

DAK Gənclər Təşkilatı II Fəxri Xiyabana yürüş etdi - FOTO

Təşkilatdan Lent.az-a verilən məlumata görə, ziyarət metronun Elmlər Akademiyası stansiyasının qarşısından yürüş şəklində başlayıb.

Azərbaycan bayrağı və Şəhidlərimizin şəkilləri ilə yürüşə çıxan gənclər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə II Fəxri Xiyabanda qəhrəmanların məzarını ziyarət edib. Onların ruhuna dualar oxunub, bütün Şəhidlərin ruhu sükutla yad edilib. DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli mücadilənin hələ qarşıda olduğunu bildirərək, gənclərə ziyarətlərinin qəbul olunmasını diləyib: "Hər birimiz bir Mübariz, bir Fərid olmalıyıq. Mücadiləmiz davam edir. Qarabağ qayıdana kimi bu yolda canımızı da, qanımızı da hər birimiz verəcəyik. Tanrı bizə yalnız güc versin"

Sonra gənclər Xiyabanda uyuyan digər Şəhidlərimizi də yad ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar