APA-nın 6 yaşı tamam olur
Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər yaymağa başlayıb, daha sonra fransız və ərəb dillərində də yayıma başlayıb.
Hazırda APA beş dildə “on-line” xəbər xidməti göstərir.
Bütün həftə boyu beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə iqtisadi və siyasi analitika bülletenləri hazırlayıb, yayan APA-nın əsas prinsipləri operativlik, dəqiqlik və tərəfsizlikdir. APA-nın ölkənin xəbər məkanında lider olduğu artıq hər kəs tərəfindən qəbul olunan faktdır.
APA yarandığı vaxtdan çox ilkə imza atıb. Cənubi Qafqazda ilk dəfə videogörüntülü xəbəri APA yayıb, ölkədə ilk dəfə “APA-SPORT” idman agentliyi yaradıb. Bundan başqa, agentliyin “APA-ECONOMICS” və “APA-Photo” bölmələri fəaliyyət göstərir. APA-nın saytında kredit kart sistemi tətbiq olunub. Agentlik gün ərzində ümumilikdə 400-450 xəbər yayır.
Agentliyin bütün ölkəni əhatə edən büroları, dünya siyasətinə təsir edən dövlətlərdə və Ermənistan istisna olmaqla, bürün qonşu ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəlikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki təmsilçilikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Ümumilikdə Azərbaycanda və xaricdə nəşr olunan və yayımlanan 150-dən çox KİV APA-nın abunəçisidir.
Qeyd edək ki, APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Lent.az həmkarlarını təbrik edir, onlara daha da genişlənməyi, yeni zirvələr fəth etməyi arzulayır.

692